This is a specific ad

Daxili İşlər Nazirliyi Marneulidə baş verən qətllə bağlı detalları açıqlayıb

84

Another advertisement

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü N.A. və 2005-ci il təvəllüdlü A.A-nı qəsdən adam öldürmə ittihamı ilə yaxalayıblar.

İstintaq zamanı müəyyən edilib ki, N.A və A.A və digər şəxslər taksi sürücüsü 1969-cu il təvəllüdlü Ş.L.-nı öldürmək niyyətində olublar. Müttəhimlər onun avtomobilini saxlayıblar, bundan sonra o, öldürülüb və izlərini gizlətmək üçün öldürülən şəxsin cəsədi Kvemo Kartli bələdiyyəsindəki çaylardan birinin sahilində basdırılıb. Təqsirləndirilən şəxslər qanunsuz sahib olduqları avtomobillə Marneuli bələdiyyəsində evlərinə gedib və izlərini gizlətmək üçün həmin avtomobili yaxınlıqda yerləşən öz sexlərində hissə-hissə sökməyə başlayıblar.

Bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “i” bəndi ilə istintaq davam etdirilir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Türkiyə Prezidenti Sinan Oğana təşəkkür edib
Öncəki yazı
22 May – Beynəlxalq Biomüxtəliflik Günüdür