This is a specific ad

Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan şəxslər üçün yeni qanun layihəsi hazırlayacaq

309

Another advertisement

Bu ilin payızında Daxili İşlər Nazirliyi qanunla ziddiyyət təşkil edən yetkinlik yaşına çatmayanların reabilitasiyası ilə bağlı yeni qanun layihəsi yazacaq.

QafqazTürk Media xəbər verir ki, bu, Gürcüstan hökumətinin cari payız sessiyasında təqdim olunacaq qanun layihələrinin siyahısını özündə əks etdirən strategiyasında nəzərə alınıb.

“Qanunvericiliyə dəyişikliklər paketinin qəbulu ilə yaşına və digər hallara görə cinayət mühakiməsindən kənarda qalan yetkinlik yaşına çatmayanların reabilitasiyası və dəstəklənməsi məsələləri tənzimlənəcək”, – bu haqda hökumətin planında deyilir. Qeyd edilir ki, qanun layihəsinin qəbulu dövlət büdcəsindən əlavə xərclərin ayrılmasına səbəb olmur.

Xatırladaq ki, daxili işlər naziri Vaxtanq Qomelauri hələ mart ayında bildirmişdi ki, Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyi və digər qurumlarla birlikdə qanun pozuntusuna yol vermiş uşaqların təcrid olunmuş mənzillərə yerləşdirilməsini nəzərdə tutan Alman modeli üzərində işləyir. İzahata görə,  uşaq evindən fərqli olaraq, uşaqlar hakimin icazəsi olmadan müəssisəni tərk etmək hüququna malik olmayacaqlar. “Həbsxana yox, adi ev şəraiti olacaq: məktəb, müəllimlər, tərbiyəçilər, təhsil, idman… Üç ay, altı ay, hətta bir il də ola bilər. Biz bu model üzərində ədliyyə sistemi ilə birlikdə fəal işləyirik. Biz başqa həll yolu görə bilmədik”, – deyə Vaxtanq Qomelauri bildirib.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ermənistan Azərbaycan ilə imzalanan sənədi təsdiqləyib
Öncəki yazı
დღეიდან ამინდი მკვეთრად შეიცვლება