This is a specific ad

Daxili İşlər Nazirliyi Davit Kirtadzeyə qarşı istintaqa başlayıb

250

Another advertisement

Daxili İşlər Nazirliyi “Vahid Milli Hərəkat”ın nümayəndəsi Davit Kirtadzeyə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə istintaqa başlayıb.

Qurumdan verilən məlumata görə, MSK-nin  müraciəti əsasında istintaqa başlanılıb.

“Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi – 118-ci maddə ilə araşdırmalara başlayıb.

Mərkəzi Seçki Komissiyasının binasında davam edən seçkilərin yekun iclası zamanı “Vahid Milli Hərəkat”ın nümayəndəsi Davit Kirtadze Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvilinin üzərinə naməlum maye töküb.

Faktla bağlı araşdırma aparılır və araşdırma zamanı bütün müvafiq istintaq hərəkətləri həyata keçiriləcək”, – deyə qurumdan bildirilib.

Sonrakı yazı
“Mən aksiya iştirakçıları parlament binasını tərk edərsə, istefa verməyə hazıram”- Aslan Bjaniya
Öncəki yazı
Paytaxtda keçirilən etiraz yürüşü zamanı 3 nəfər həbs edilib