Daxili İşlər naziri Azərbaycanın Gürcüstandakı səfiri ilə görüşüb

28

Daxili İşlər naziri Qela Qeladze Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə görüş keçirib.

Görüşdə ölkələr arasında mövcud strateji tərəfdaşlıq müzakirə olunub. Tərəflər Cənubi Qafqaz regionunda baş verən proseslərə və təhlükəsizlik məsələlərinə toxunublar. Regionun dayanıqlı inkişafı üçün sülhün və əməkdaşlığın vacibliyi vurğulanıb.

Gürcüstan və Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları arasında sıx və səmərəli polis əməkdaşlığına xüsusi diqqət yönləndirilib. Nazir mövcud nümunəvi tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib və bu prosesdə polis attaşelərinin xüsusi rolunu qeyd edib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Kişi həyat yoldaşını qətlə yetirib
Öncəki yazı
Ağır yol qəzası ölümlə nəticələnib