This is a specific ad

Daxili İşlər Nazirliyinin 11 yüksək vəzifəli əməkdaşına “Şərəf” ordeni təqdim olunacaq

39

Another advertisement

Baş nazir İrakli Kobaxidzenin sözlərinə görə, andiçmə mərasimindən sonra Daxili İşlər Nazirliyinin 11 yüksək vəzifəli əməkdaşına “Şərəf ” ordeni təqdim olunacaq.

İrakli Kobaxidzenin bugünkü brifinqdə qeyd etdiyi kimi, “Şərəf” ordeni ilə təltif olunacaqlar arasında daxili işlər naziri, onun müavinləri və idarə rəisləri də var.

“Biz andiçmə mərasimindən sonra Daxili İşlər Nazirliyinin rəhbər işçilərinə “Şərəf” ordeni təqdim etmək qərarına gəldik.Söhbət 11 məmurdan gedir. Bunlar daxili işlər naziri, baş nazirin müavini Vaxtanq Qomelauri, daxili işlər nazirinin birinci müavini Şalva Bedoidze, daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze, daxili işlər nazirinin müavini Qiorqi Butxuzi, daxili işlər nazirinin müavini İoseb  Çelidze, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin direktoru Temur Kupatadze, Daxili İşlər Nazirliyinin Patrul Polisi İdarəsinin direktoru Vaja Siradze, Xüsusi Tapşırıqlar Departamentinin direktoru Zviad Xarazişvili, müavinlər Miller Laqazauri və Mirzə Kerzevadzedir. İnauqurasiyadan sonra 11 nümayəndənin hamısına “Şərəf” ordeni təqdim olunacaq”, – Kobaxidze bildirib.

 

Məlumat üçün bildirək ki, adıçəkilən Daxili İşlər Nazirliyinin bəzi rəhbərlərinə Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ölkələri tərəfindən sanksiya tətbiq edilir.

Sonrakı yazı
Sabaha olan valyuta məzənnəsi açıqlanıb
Öncəki yazı
Tətbiq edilən sanksiyalara görə maddi ziyana düşəcək dövlət qulluqçusuna dövlət tərəfindən kompensasiya ödəniləcək