Daxili İşlər Nazirliyi on birinci çağırış Parlamentinin iclası ərəfəsində keçirilməsi planlaşdırılan etiraz aksiyasına münasibət bildirir və təşkilatçılara xəbərdarlıq edir ki, toplantı/mitinq qanunu çərçivəsindən kənara çıxmasınlar və qanunsuz hərəkətlərdən çəkinsinlər.
QafqazTürk Media xəbər verir ki, əks halda polisin qanunsuz hərəkətlərin qarşısını almaq üçün bütün müvafiq qanuni tədbirləri görəcəyi bildirilir.
Bundan əlavə, Daxili İşlər Nazirliyi bəyanatda strateji və ya xüsusilə mühüm obyektin bloklanmasının qanunla açıq şəkildə qadağan olunduğunu və Gürcüstan Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən cəzalandırılan əməl olduğunu bildirir.
“İctimaiyyətə məlum olduğu kimi, Gürcüstanın 11-ci çağırış parlamentinin iclasından əvvəl, noyabrın 24-dən etibarən bir neçə müxalifət partiyası Respublika meydanına toplaşaraq, daha sonra Parlament istiqamətində yürüş etməyi planlaşdırır.
Media və sosial şəbəkələr vasitəsilə müxalifət partiyasının liderləri tərəfindən bu toplantının məqsədinin 11-ci çağırış Parlamentinin ilk iclasına əngəl törətmək olduğu və müxtəlif üsullarla həyata keçirilə biləcəyi barədə məlumatlar yayılır.
Nəzərdə tutulan aksiyanın təşkilatçıları və iştirakçılarının nəzərinə çatdırırıq ki, Gürcüstan qanunvericiliyi ictimai təhlükəsizliyin qorunması və müxtəlif təşkilatların rahat fəaliyyətini təmin etmək məqsədilə toplantı-təzahürünün hüquqi çərçivəsini və əhatə dairəsini ətraflı şəkildə müəyyən edir.
Bundan əlavə, strateji və ya xüsusilə mühüm obyektin bloklanması qanunla açıq şəkildə qadağandır və bu, Gürcüstan Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən cəzalandırılan əməldir.
Cinayət Məcəlləsində bu cinayəti törədən şəxsə iki ilədək müddətə azadlıqdan məhrum etmə, əməl qrup halında törədildikdə isə qrup üzvlərinə 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Eyni zamanda, ictimaiyyətə xatırlatmaq istərdik ki, strateji və/və ya xüsusi əhəmiyyət kəsb edən obyektlərin siyahısı, o cümlədən Gürcüstan parlamentinin və hökumət administrasiyasının binaları da Gürcüstanın 2024-cü ilin 23 oktyabrında 361 saylı qərarı ilə müəyyən edilib.
Buna görə də, planlaşdırılan mitinqin iştirakçılarına və təşkilatçılarına xəbərdarlıq edirik ki, qanunla müəyyən edilmiş toplantı/mitinq çərçivəsindən kənara çıxmasınlar və qanunsuz hərəkətlərdən çəkinsinlər. Əks halda, polis qanunsuz hərəkətlərin qarşısını almaq üçün bütün müvafiq qanuni tədbirləri görəcək”, – deyə məlumatda bildirilir.