Another advertisement
“Anonymous” beynəlxalq xaker şəbəkəsi Gürcüstanın Daxili İşlər Nazirliyinin saytına hücum edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə qrupun “X” platformasındakı paylaşımında deyilir.
Hazırda DİN-in saytına daxil olmaq mümkün deyil.
Qeyd edək ki, “Anonymous” mayın 1-də hakim “Gürcü Arzusu” partiyasının və hakimiyyət yönümlü “POS TV” telekanalının saytını sındırmışdı.
Qrup həmçinin hökumət rəsmilərinin şəxsi məlumatlarını dərc etməklə hədələyib.