Daxili İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyası əməkdaşlıq memorandumu imzalayıb

75

Daxili işlər naziri Qela Qeladze və Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Qiorqi Kalandarişvili 2025-ci il 4 oktyabrda keçiriləcək bələdiyyə seçkilərinin sakit və təhlükəsiz şəraitdə baş tutmasını təmin etmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar.

Memorandum seçki dövründə tərəflər arasında əməkdaşlığın əlavə formalarının və müvafiq hüquqi çərçivəsinin müəyyən olunmasını, həmçinin Daxili İşlər Nazirliyi və MSK nümayəndələrinin iştirakı ilə birgə təlimlər və işçi görüşlərinin təşkilini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində tərəflər Gürcüstan qanunvericiliyinə uyğun olaraq bütün zəruri məlumatları bölüşəcək və səlahiyyətləri daxilində bir-birinə məsləhət xidməti göstərəcəklər.

Seçki prosesinin təhlükəsizliyinin təmin olunması üçün koordinasiyalı fəaliyyət məqsədilə Daxili İşlər Nazirliyi ilə MSK arasında əməkdaşlıq memorandumu son illərdə hər seçki ərəfəsində imzalanır.

 

 

Sonrakı yazı
3 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Baş nazir BP-in regional prezidenti ilə görüşüb