Tbilisidə yaşayan Azərbaycanlı jurnalist Əfqan Sadıqov Daxili İşlər Nazirliyi tərəfindən yolu bağladığına görə 275.000 lari məbləğində cərimələnib.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Sosial Ədalət Mərkəzi” məlumat verir.
Xatırladaq ki, 23 oktyabr 2025-ci ildə məhkəmə Əfqan Sadıqovu inzibati qayda pozuntusu kimi tanıyıb – o, yolu bağlamaqda ittiham olunub. Qərarla Sadıqov 14 gün inzibati həbs cəzasına məhkum edilib.
Onun sabah, 5 noyabr saat 19:20-də Marneuli müvəqqəti saxlama mərkəzindən azadlığa buraxılması planlaşdırılır.
“Sosial Ədalət Mərkəzi”nin məlumatına görə, məhkəmə qərarından sonra məlum olub ki, Daxili İşlər Nazirliyi Sadıqovu eyni səbəbdən əlavə 55 dəfə, 5000-5000 lari məbləğində cərimələyib. Mərkəzin məlumatına görə, bu cərimələr 29 iyuldan 17 oktyabr 2025-ci il tarixinə qədər hesablanıb, baxmayaraq ki, bu barədə Sadıqova heç kim məlumat verməyib.
