This is a specific ad

Daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib

55

Another advertisement

“Ümid edirik ki, Gürcüstanda müəyyən daxili və xarici qüvvələr tərəfindən planlaşdırılan təxribata mümkün qədər az adam qoşulacaq”.

QafqazTürk.com  xəbər verir ki, bu barədə  daxili işlər naziri Vaxtanq Qolemauri bildirib.

Onun sözlərinə görə, qarşıdakı iki gündə mitinqin zorakılıq və qeyri-qanuni xarakter alması, o cümlədən mitinq iştirakçılarının Gürcüstan parlamentinin qarşısını almağa cəhd edəcəyi planlaşdırılır:

“Siyasətçilərin, digər daxili və xarici aktorların insanları ciddi məsuliyyəti özündə ehtiva edən cinayətlərə sövq etməsi yolverilməzdir. Biz, yüzlərlə həmvətənlimizin və ya əcnəbilərin məsuliyyətə cəlb olunmasını istəmirik. Lakin dövlət qanunu və asayişi qorumağa borcludur” .

Nazir həmçinin qeyd edib ki, Gürcüstan CM-nin 222-ci maddəsinin 2-ci hissəsinə əsasən, xüsusi əhəmiyyət kəsb edən obyektin normal fəaliyyətinə qrup şəklində maneçilik törədən və ya mane olanlar 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Tbilisidə etirazçılarla polis arasında qarşıdurma baş verib
Öncəki yazı
Prezident Tbilisidə etiraz iştrakçılarını diqqətli olmağa çağırıb