2026-cı ilin yanvarında Davosda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumu Ukrayna ilə bağlı sülh danışıqlarının məkanı ola bilər.
QafqazTürk Media xəbər verir ki, bu barədə İsveçrə mediası məlumat yayıb.
“Məqalədə qeyd olunur ki, Tramp və Zelenski artıq tədbirdə iştirak edəcəklərini bildiriblər və nüfuzlu dairələr hazırda Rusiya prezidentinin də İsveçrəyə səfərini təmin etmək üzərində çalışırlar.”
Nəşrin məlumatına görə, giriş qadağası və həbsetmə orderinə gəldikdə, Bern bildirir ki, məhdudiyyətlər aradan qaldırıla bilər (bu, iyul ayında parlament sədrlərinin dünya konfransı zamanı Valentina Matviyenkonun halında da belə olmuşdu) və həbsetmə orderi “sülh danışıqları üçün” ölkəyə daxil olmağa mane olmayacaq.
