This is a specific ad

Davit Şerazadişvili seçkiqabağı kampaniya çərçivəsində görüşlərini Tetritskaroda davam etdirir

289

Another advertisement

“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Çalka təmsilçisi Davit Şerazadişvili Tetritskaro bələdiyyəsinin Koda, Muxati kəndlərinin, məcburi köçkünlərin və Fabrik qəsəbəsinin sakinləri ilə görüşüb.

QafqazTürk Media xəbər verir ki, nümayəndə əhaliyə 26 oktyabr seçkilərinin əhəmiyyətindən danışıb.
Həmçinin “Gürcü Arzusu”nun həyata keçirdiyi layihələrdən danışılıb, qarşıya qoyulan çağırışlar dinlənilib.

Davit Şerazadişvilinin sözlərinə görə, 2008-ci ilin avqust müharibəsi nəticəsində öz yurdundan didərgin düşmüş insanlar sülhün qiymətini çox yaxşı bilirlər.

“Müharibənin nəticələrini biz çox yaxşı bilirik və buna görə də sülhü seçirik, 2008-ci ilin avqust müharibəsindən zərər çəkmiş məcburi köçkün Madonna Okropiridze bu sözlərlə hakim komandanın nümayəndələrinə müraciət edib.

“2008-ci ilin avqust müharibəsi nəticəsində didərgin düşmüş insanlar sülhün qiymətini çox yaxşı bilirlər.
Bu insanlarla söhbət bizi bir daha əmin etdi ki, bizim siyasi baxışımızla əhalimizin baxışı üst-üstə düşür. Ona görə də onların dəstəyinə ümid edirəm!”, – deyə Davit Şerazadişvili bildirib

Görüşdə Gürcüstan parlamentinin üzvü Qoderdzi Çankseliani, Tetritskaro bələdiyyəsinin meri Qiorqi Çiklauri və Sakrebulo bələdiyyəsinin sədri Qoça Tedoradze də iştirak ediblər.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
დავით შერაზადიშვილი წინასაარჩევნო კამპანიის ფარგლებში შეხვედრებს თეთრიწყაროში აგრძელებს
Öncəki yazı
Gürcüstan-Ukrayna matçının biletləri bu tarixdən satışda olacaq