This is a specific ad

Davit Şerazadişvili Bolnisi bələdiyyəsində seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 5 kəndində əhali ilə görüşüb

261

Another advertisement

“Bolnisi əhalisinin qeyd-şərtsiz dəstəyinə inanıram!”.

QafqazTürk Media xəbər verir ki, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının nümayəndəsi Davit Şerazadişvili Bolnisi bələdiyyəsində seçkiqabağı təşviqat kampaniyası çərçivəsində görüşlər keçirir.

“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Çalka təmsilçisi Davit Şerazadişvili Bolnisi bələdiyyəsinin Cavşaniani, Kianeti, Sabereti, Muşevani və Kuşi kəndlərinin sakinləri ilə görüşüb.

Nümayəndə əhali ilə bələdiyyədə ümumi problemləri, həyata keçirilən, cari və gələcək layihələri müzakirə edib.

“Cavşaniani, Kianeti, Sabereti, Muşevani və Kuşi sakinləri ilə çox maraqlı söhbətimiz oldu.

Biz bələdiyyədə ümumi çətinlikləri, həyata keçirilən, cari və gələcək layihələri müzakirə etdik. Biz 26 oktyabrın və sülhün təmin olunmasının vacibliyini vurğuladıq.

Mən Bolnisi əhalisinin qeyd-şərtsiz dəstəyinə inanıram!”, – deyə Davit Şerazadişvili bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Merab Dvalişvili UFC çempionudur-Qələbə sevinci
Öncəki yazı
Ağciyərlərinizi bu üsulla qoruyun- Soğanlı resept