Aprel ayında Marneuli bələdiyyəsinin Daştəpə kəndində gənclər və polis patrul xidməti əməkdaşları arasında baş verən qarşıdurma səbəbindən saxlanılan gənclərin ailə üzvləri, polisin şikayəti geri götürməsi məqsədi ilə Teleti Polis şöbəsi qarşısında aksiya keçiriblər.
QafqazTürk xəbər verir ki, bu barədə gənclərin vəkili Əli bədirov rəsmi sosial şəbəkəsində məlumat yayıb
Aksiyanın sonunda Teleti Polis idarəsinin əməkdaşı vətəndaşlarla görüşərək üzürün qəbul olunduğunu bildirib.
Qeyd edək ki, bir ay bundan əvvəl Marneuli bələdiyyəsinin Daştəpə kəndində yerli əhali və polis patrul xidməti əməkdaşları arasında qarşıdurma yaşanıb. Polis Opel markalı avtomobili saxlamaq istəsə də sürücü hüquq-mühafizəçilərinə tabe olmayıb. Nəticədə Opel markalı avtomobil kənddə olan kiçik körpüdən aşaraq çevrilib.Daha sonra polis sürücüdə daxil olmaqla üç nəfər gənci saxlayıb.