This is a specific ad

Daşqınlar Nigeriya zooparkını dağıdıb, timsahlar yaşayış məntəqələrinə axışıb

321

Another advertisement

Nigeriyanın şimalında  baş verən daşqınlar şir və timsahdan tutmuş camış və dəvəquşuna qədər müxtəlif vəhşi təbiət nümunələrinin olduğu  “Sanda Kyarimi Park” zooparkında heyvanların 80 faizindən çoxunu məhv edib.

QafqazTürk Media xarici mətbuata istinadən xəbər verir ki,  təhlükəli sürünənlər, timsahlar və ilanlar yaşayış məntəqələrinə axışıb.

Verilən məlumata əsasən, Borno əyalətinin paytaxtı Mayduquri şəhərinin təxminən 15 faizi su altında qalıb. Daşqınlar nəticəsində ölənlərin sayı barədə hələlik məlumat verilmir. Nigeriya Prezidenti Bola Tinubunun ofisi bildirib ki, təbii fəlakət əyalətin paytaxtı Mayduquridəki digər ərazilərə də təsir edib. İnsanlardan ən təhlükəli əraziləri tərk etmək xahiş olunub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Narinlə bağlı yeni məqamlar var- Doğulduğun ev taleyindir…
Öncəki yazı
Tbilisidə II İraklinin abidəsi qoyulacaq