Darvaz kəndində “Nağıl Saatı” adlı maarifləndirici tədbir keçirilib

163

Darvaz kəndində “Nağıl Saatı” adlı maarifləndirici tədbir keçirilib.

Bolnisi bələdiyyəsinin Darvaz kəndində yerləşən “Gənclər İcmasında” “Parlaq Gələcək Gənclər Mərkəzi” və “Simart” platformasının birgə layihəsi olan “Nağıl Saatı” adlı maarifləndirici tədbir baş tutub. Tədbirdə “Parlaq Gələcək Gənclər Mərkəzi”nin rəhbəri Araz Musayev çıxış edərək uşaqlarla interaktiv söhbət aparıb, onlara mütaliənin əhəmiyyəti və düzgün dəyərlərin formalaşdırılmasında oxumağın rolu haqqında məlumat verib.

Layihənin aparıcıları Filiz Abdullayeva və Maya Əhmədova uşaqlara “Simart” platformasının animasiyalı hekayəsini təqdim ediblər. Daha sonra onlar uşaqlara müxtəlif suallar ünvanlayaraq uşaqların düşünmə və anlama bacarıqlarını qiymətləndiriblər.

Tədbirin sonunda iştirakçı uşaqlara layihənin ilk nəşri olan “İçərişəhərin Sirli Sakini” kitabı hədiyyə edilib.

Tədbirin təşkilində göstərdiyi dəstəyə görə Gənclər İcmasının rəhbəri Leyla Nadirovaya xüsusi təşəkkür bildirilib.

Kateqoriya: Cəmiyyət, Region, Təhsil
Sonrakı yazı
İran İsrailə raket zərbələri endirib
Öncəki yazı
Sinoptiklərdən əhaliyə xəbərdarlıq