“ABŞ və Gürcüstan bir yerdə durur və biz buna görə son dərəcə minnətdarıq”
QafqazTürk.com xəbər verir ki,bu sözləri ABŞ-ın Gürcüstandakı yeni səfiri Robin Danniqen bildirib.
Robin Danniqanın sözlərinə görə, o, Gürcüstan xalqı və höküməti ilə əməkdaşlığı səbirsizliklə gözləyir.
Səfir bildirib ki, o, Gürcüstan hökumətinin və xalqının Avropa İttifaqı və NATO ilə inteqrasiya istəyini dəstəkləyir.
“Mən bilirəm ki, Gürcüstan hökuməti və xalqı Avropa İttifaqı, NATO, Qərblə inteqrasiyanı dərinləşdirmək istəyir və mən prezident Bayden və dövlət katibi Blinkenlə birlikdə bu yolu dəstəkləyirəm. Bu məqsədə çatmaq üçün Gürcüstanla sıx əməkdaşlıq edəcəyəm. Mən çox vacib olan iqtisadi və insanlar arasında əlaqələrimizin dərinləşməsini səbirsizliklə gözləyirəm. Həmçinin, mən Gürcüstana İsrailə göstərdiyi qəti dəstəyə görə təşəkkür etmək istəyirəm. Mən prezidentin, mənim prezidentim və dövlət katibi Blinkerin İsrail xalqına başsağlığı vermək istəyirəm”,- deyə səfir bildirib.