This is a specific ad

Danimarkada vikinq qalıqları tapılıb

205

Another advertisement

Danimarkada 50 vikinqin qalığı aşkar edilib.

QafqazTürk Media bu barədə xarici mətbuata istinadən xəbər verir ki, elektrik xətlərinin təmiri zamanı sahəsi 2 min kvadratmetr olan qəbiristanlıq tapılıb.

Arxeoloqlar ümid edirlər ki sözügedən tapıntılar vikinq dövrünün sosial strukturları haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.

Danimarka arxeoloqları məzarlarda həmçinin bıçaqlar, broş muncuqlardan düzəldilmiş boyunbağılar və amulet kimi istifadə edilmiş şüşə parçası da aşkar ediblər. Broşların forması onların 850-900 illərdə dəfn edildiyini göstərir.

Qeyd olunur ki, artefaktların çoxu Danimarkadan çox uzaq yerlərdən gəlir və vikinqlər dövründəki ticarət yollarına işıq salır.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu qidalarla ürək sağlamlığınızı yaxşılaşdırın
Öncəki yazı
10 gün ərzində Qəzzada ərzağın tükənəcəyi açıqlanıb