This is a specific ad

Danimarkada Quranın yandırılması ilə əlaqədar sərhəd nəzarəti gücləndirilir

47

Another advertisement

Danimarka polisi Quranın yandırılması ilə əlaqədar sərhəd nəzarətini gücləndirir.

Qafqaztürk.com xəbər verir ki, Reuters ölkənin Ədliyyə Nazirliyinə istinadən xəbər verir.

“Hökumət bu gün qərara gəlib ki, konkret və faktiki təhdidlərə cavab vermək üçün Danimarkaya kimin daxil olduğuna diqqət yetirmək lazımdır”, – Danimarka Ədliyyə Nazirliyinin bəyanatında deyilir.

Nazirliyin məlumatına görə, sərhəd nəzarətinin ən azı avqustun 10-dək gücləndirilməsi planlaşdırılır.

Danimarkanın ədliyyə naziri Peter Hummelqaard deyib: “Təhlükəsizlik polisinin verdiyi məlumata görə Quranın yandırılması mövcud təhlükəsizlik vəziyyətinə təsir edib”.

Qeyd edək ki, Danimarka və İsveçdə islam əleyhdarı fəallar son aylarda müsəlmanların müqəddəs kitabının bir neçə nüsxəsini yandırıblar və bu, müsəlman dünyasının hiddətinə səbəb olub. İsveç də sərhəd nəzarətini gücləndirib. Eyni zamanda, hər iki ölkənin hökumətləri Quranın yandırılmasını pisləyərək, bu cür hərəkətləri qadağan edən yeni qanunları nəzərdən keçirdiklərini açıqlayıblar.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanın Baş naziri fəlakət zonasına gedib – ƏTRAFLI
Öncəki yazı
Geoloq: “Şovi kurortunun ərazisində eyni vaxtda geoloji və hidrometeoroloji hadisələr baş verib”