“ABŞ-ın Qrenlandiya ilə bağlı tonunu bəyənmirik”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-ın vitse-prezidenti Cey Di Vansın Qrenlandiyaya səfərindən sonra verdiyi açıqlamada bildirib.
Lars Lokke Rasmussen, “Əlbəttə, biz tənqidə açığıq. Amma gəlin səmimi olaq: bunun deyilmə tonunu bəyənmirik. Yaxın müttəfiqlərlə bu şəkildə danışılmır və məncə, Danimarka və ABŞ yaxın müttəfiqlərdir” – deyib.
Lars Lokke Rasmussen ABŞ-ın vitse-prezidenti Cey Di Vansın Danimarkanın Arktika təhlükəsizliyi üçün “kifayət qədər iş görmür” bəyanatına cavab verib.
“Fakt budur ki, sülhdən hamımız faydalandıq. Biz hamımız Arktikanın aşağı gərginlikli region olacağı ehtimalı ilə hərəkət etdik. Lakin o vaxt bitdi, status-kvo artıq seçim deyil. Bununla belə, unutmaq lazım deyil ki, Qrenlandiya NATO-nun bir hissəsidir. NATO-nun təhlükəsizlik zəmanətlərinə Qrenlandiya daxildir”, – Danimarka XİN rəhbəri qeyd edib.