This is a specific ad

Danimarka baş naziri: Cəbhə xəttində və Rusiyanın təzyiqi altında olan Gürcüstan və Moldovanı dəstəkləməyi unutmamalıyıq

80

Another advertisement

“Bu masa ətrafında oturarkən, cəbhə xəttində və Rusiyanın təzyiqi altında olan üzv ölkələr, Gürcüstan və Moldovanı dəstəkləməyi unutmamalıyıq,” – QafqazTürk xəbər verir ki, bu barədə Danimarka baş naziri Mete Frederiksen  İslandiyada keçirilən Avropa Şurası Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısı çərçivəsində bəyan edib.

Danimarka baş nazirinin çıxışı zamanı bildirib ki, demokratiyanın zəifləməsinin qarşısını almaq üçün səylər davam etdirilməlidir.

“75 ildir ki, Avropa İnsan Hüquqları Konvensiyası bütün Avropa vətəndaşlarının fundamental hüquqlarına xidmət edir. Prinsiplərimizin qəbul edilməsini və tətbiq olunmasını davamlı olaraq təmin etmək üçün bizim ümumi məsuliyyətimiz var. Demokratiyanın zəifləməsinin qarşısını almaq üçün səyləri davam etdirməliyik”, – Frederiksen bəyan edib.

Sonrakı yazı
Gürcüstanda “İŞİD” terror təşkilatına dəstək vermək ittihamı ilə saxlanılan şəxslərin etnik azərbaycanlı olduqları məlum olub
Öncəki yazı
Baş nazir Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edib – ƏTRAFLI