This is a specific ad

Dahi dirijor və bəstəkar Niyazinin Anım günü keçirilib

294

Another advertisement

Bu gün Avqustun 19-da Tbilisidəki M. F. Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində dahi dirijor və bəstəkar Niyazinin ( 20 avqust 1912, Tbilisi – 2 avqust 1984,Bakı)Anım günü və onun həyat və yaradıcılığını əks etdirən sərgi təşkil olunmuşdu.

Muzey rəhbərliyinin təşkilatçılığı və QafqazTürk Medianın informasiya dəstəyi ilə keçirilən tədbirdə ölkəmizin müxtəlif bölgələrindən ziyalılar, media nümayəndələri, Niyazisevərlər qatılıb.

“Maestronu dərin hörmət və ehtiramla anırıq” xatirələr işığına köklənərək çıxış edənlər qeyd ediblər ki, bu dünyada Maestro Niyazitək iz qoymaq hər insana nəsib olmur. Buna görə də yaşadığı ömrü xalqına, dövlətinə, ailəsinə həsr edən həyat fəlsəfəsində faydalı olmağı hər şeydən üstün tutaraq bu dünyadan cismən gedən Ustad Niyazinin ruhu daim qəlblərdə yaşayır.

Dahi həmyerlimiz, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, SSRİ xalq artisti, Beynəlxalq Nehu mükafatı laureatı kimi zirvələr fəth etmişdir.

Maestronun Anım gününün bundan sonra bölgələrimizdə də ənənə şəklində keçirilməyi yekdilliklə qərara alınmışdır.

İllər keçsə, zaman dəyişsə də Maestro Niyazi ürəklərdə yaşayır, yeri hər zaman görünür.

Sənəti əbədiyaşar, torpağı nurludur böyük ustadın!

 

 

 

Sonrakı yazı
„ზოგან მოსალოდნელია წვიმა ელჭექით“ – სად როგორი ამინდი იქნება 23 აგვისტომდე
Öncəki yazı
თურქეთში ტყის ხანძრებს ებრძვიან