This is a specific ad

Daha bir təyyarə qəzası-Sağ qalan yoxdur

750

Another advertisement

Kolumbiyada təyyarənin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü və səkkiz sərnişin həlak olub.

QafqazTürk Media bu barədə Antiokiya departamentinin Karlos Rios Puerta administrasiyasının rəsmisi məlumat verib.

“Təəssüf ki, sağ qalan yoxdur. Onlarla xilasedici hadisə yerindədir. Biz cəsədləri axtarırıq və onların şəxsiyyətini müəyyənləşdirmək üçün polislə koordinasiya edirik”, – Puerta bildirib.

Puerta bildirib ki, əlverişsiz hava şəraiti xilasetmə işlərini çətinləşdirib. Bununla belə, Kolumbiyanın Mülki Aviasiya İdarəsi artıq qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
NASA Yerin maqnit sahəsini öyrənəcək
Öncəki yazı
2025-ci il tamamilə yeni nəslin başlanğıcını qeyd edir – Beta nəsli ilə tanış olun