Daha bir insan beyninə çip yerləşdirildi

151

Another advertisement

Amerikalı milyarder İlon Maskın “Neuralink“ şirkəti ikinci dəfə insan beyninə çip yerləşdirib.

QafqazTürk Media xəbər verir ki, bu barədə İlon Mask öz müsahibəsində açıqlayıb.

“Neuralink” şirkətinin beyin çipi implantasiya proseduru uğurla keçib. Pasiyentin beynində 400 elektrod var və hamısı çox yaxşı işləyir” – o qeyd edib.

Məlumat üçün bildirək ki,  “Neuralink” şirkəti tərəfindən insan beyninə kompüter çipi ilk dəfə cari ilin yanvarın 28 – də  yerləşdirilib. Beyin implantı alan ilk şəxsin onurğa beyni zədəsi səbəbindən tamamilə iflic olan 29 yaşlı Nolan Arbaugh olduğu açıqlanmışdı. Cihaz beynin motor fəaliyyətinə cavabdeh olan bölgəsinə implantasiya edilib və beyin siqnallarını oxuyan mikrotellərə qoşulub. Bu siqnallar simsiz olaraq kompüter proqramına ötürülür və sahibinə öz düşüncələri ilə cihazı idarə etməyə imkan yaradır.

 

 

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İran XİN – “Biz gərginliyi artırmağa çalışmırıq, lakin İsrail cəzalandırılmalıdır”
Öncəki yazı
5-8 avqust tarixlərinin hava durumu açıqlandı