This is a specific ad

Dağıstanda partlayış nəticəsində ölənlərin sayı artıb

19

Another advertisement

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə yerli tibb işçiləri bildirib.

Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı cinayət işi başlandığını açıqlayıb.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə başlanılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Avropa İttifaqı missiyası Ermənistan MN-in yalanını ifşa etdi
Öncəki yazı
გაძევებულმა რუსმა დიპლომატებმა მოლდოვა დატოვეს