This is a specific ad

Dağıstanda matəm elan edildi

56

Another advertisement

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov avqustun 15-də Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həlak olanlar üçün matəm günü elan edib.

QafqazTürk.com xarici mətbuata istinadən xəbər verir.

Respublika başçısının sözlərinə görə, üçü uşaq olmaqla 27 nəfəri xilas etmək mümkün olmayıb. Daha 102 nəfər yardım üçün tibb müəssisələrinə müraciət edib.

Dağıstan hökumətinə Mahaçqalada həlak olanların və yaralananların ailələrinə yardımın göstərilməsi üçün lazımi tədbirlər görmək tapşırılıb.

Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” xüsusi təyyarəsi yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanları Moskvaya təxliyə etmək üçün Mahaçqalaya uçub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Polşa Ukraynadakı münaqişə fonunda orduda islahatlara başlayır
Öncəki yazı
BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə əlaqədar iclas keçirəcək