This is a specific ad

“Dəyişiklik Koalisiyası” parlament siyahısında ilk iyirmilik mandatından imtina edir

252

Another advertisement

“Dəyişiklik Koalisiyası” parlament siyahısında ilk siyahı mandatından imtina edir.

QafqazTürk Media xəbər verir ki, koalisiyanın bir nömrəli nümayəndəsi Nana Malaşxiya brifinqdə müvafiq bəyanatla çıxış edib.

“Dəyişiklik Koalisiyası” iddia edir ki, “bu seçkilər saxtalaşdırılıb və nəticələr qeyri-legitimdir”.

“Biz gürcü xalqının oğurlanmış səslərini legitimləşdirmək fikrində deyilik, biz öz deputat mandatımızdan imtina edirik. Mən, siyahıda bir nömrə olan Nana Malaşxiya siyasətə ideyalar və bu ölkənin maraqlarını qorumaq üçün daxil olmuşam. Bu gün mən, Samnidze, Oqtay Kazımov, Maya Kopaleişvili, Boris Kurua, Ana Qoqoladze, Qiorqi Butikaşvili, Qiorqi İmedaşvili, Elene Xoştariya, Sopo Qoletiani, Marika Arevadze, Ani Kavtaradze, Tornike Bikaşvili deputat mandatımızdan imtina edirik.

Bundan əlavə, Nana Malaşxiyanın sözlərinə görə, onlar “gürcü xalqının səsi bu ölkədə eşidilənə qədər” öz səslərini qorumaq üçün mütləq mübarizə aparacaqlar.

 

Kateqoriya: Gündəm, Siyasət
Sonrakı yazı
Macarıstanın baş naziri, Avropa İttifaqı Şurasının sədri nümayəndə heyəti ilə birgə Gürcüstana səfər edəcək
Öncəki yazı
Yanacaqdoldurma məntəqələrində benzinin qiyməti artıb