This is a specific ad

Dəniz quldurlarının əsirliyindən azad edilən gürcü dənizçilər vətənə qayıdıblar

23

Another advertisement

Acara hökumətinin sədri Tornike Rijvadze və Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani dəniz quldurlarının əsirliyindən azad edilmiş dənizçilər və onların ailə üzvləri ilə görüşüblər.

“Dəniz quldurlarının əsirliyindən azad edilmiş gürcü dənizçilər vətənə qayıdıblar. İgid dənizçilərimizi sağ-salamat vətənə qayıtmaları münasibətilə özlərini və ailələrini təbrik edirəm. Hökumət həm ölkə daxilində, həm də xaricdə vətəndaşlarımızın qayğısına qalmaqda davam edir. Dənizçilik sektorunun maksimal şəkildə uğurlu olması üçün, ilk növbədə hər bir dənizçiyə diqqət yetirilməsi üçün hər şeyi edəcəyik. Əminəm ki, dənizçilərimizlə birlikdə bu strateji sahəyə yeni təkan verib, daha da uğurlu edəcəyik” – deyə Tornike Rijvadze dənizçilərlə görüşdə açıqlayıb.

Qeyd edək ki, kapitanın ikinci və üçüncü köməkçiləri Nukri Beridze və Qennadi Chitadze mayın 2-də Mərkəzi Afrikada Qabonun ərazi sularında dayanan gəmidən dəniz quldurları tərəfindən qaçırılıblar. Gürcüstanın Xarici İşlər Nazirliyi mayın 21-də dənizçilərin sərbəst buraxılması ilə bağlı məlumat yayıb.

Sonrakı yazı
Qazaxıstan Prezidenti: “Belarus Prezidenti Qazaxıstana Rusiya-Belarus İttifaqına qoşulmağı təklif etdi, onun zarafatını yüksək qiymətləndirirəm…”
Öncəki yazı
Kılıçdaroğlu: “Son illərin ən ədalətsiz seçki prosesini yaşadıq, dövlətin bütün imkanları bir siyasi partiya üçün səfərbər olunmuşdu”