Bu gün günün ikinci yarısında İlməzli- Kəpənəkçi yolunda dəhşətli yol- nəqliyyat hadisəsi baş verib.
Minik avtomobili ilə yük maşını toqquşub.
Əldə etdiyimiz məlumata əsasən, qəza nəticəsində 17 yaşlı Qardabani sakini və 35 yaşlı Kosalı kənd sakini dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə, 17 yaşlı gənc “Çənlibel” kafesinin sahibinin bacısı oğlu, digəri isə oranın işçisi olub.
Faktla bağlı araşdırma aparılır.