Cənubi Koreyada bu tarixdə növbədənkənar prezident seçkiləri keçiriləcək

32

Cənubi Koreyada iyunun 3-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Nəşrin məlumatına görə, ölkənin Nazirlər Kabineti Milli Seçki Komissiyası ilə müzakirələrdən sonra tarix barədə razılaşıb.

Xatırladaq ki, Cənubi Koreya Konstitusiya Məhkəməsi parlamentin prezidentin impiçmenti ilə bağlı vəsatətini təmin edib və Yoon Suk-yeolu rəsmən vəzifəsindən kənarlaşdırıb. Parlament ötən il ölkədə son onilliklərin ən pis siyasi böhranına səbəb olan hərbi vəziyyət elan etdiyinə görə Yoon Suk-yeolun impiçmentinə səs verdi.

Kateqoriya: Dünya
Sonrakı yazı
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində 31 mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş konfrans keçirilib
Öncəki yazı
Bədbəxt hadisə: Bolnisi bələdiyyəsində yaşlı qadın evində ölü tapılıb