Cənubi Koreya ilk dəfə olaraq Ukraynaya hərbi yardım göstərə biləcəyini açıqlayıb

82

Another advertisement

Reuters agentliyinin məlumatına görə, Ukraynanın mülki əhalisi irimiqyaslı hücuma məruz qalacağı təqdirdə Cənubi Koreya Ukraynaya dəstəyini humanitar və iqtisadi yardımdan kənara çıxarda bilər və dəstəyini daha da genişləndirə bilər. Bu bəyanatla ölkə prezidenti Yoon Suk-Yeol çıxış edib.

“Ukraynanın mülki əhalisi irimiqyaslı hücuma məruz qalacağı təqdirdə Cənubi Koreya Ukraynaya dəstəyini humanitar və iqtisadi yardımdan kənara çıxardaraq dəstəyini daha da genişləndirə bilər. “

ABŞ-ın əsas müttəfiqi və əsas artilleriya sursatları istehsalçısı olan Cənubi Koreya, Qərb ölkələrinin silah tədarükü ilə bağlı artan təzyiqlərinə baxmayaraq, indiyədək orada fəaliyyət göstərən şirkətlərə və Moskvanın Şimali Koreyaya təsirinə görə Rusiya ilə qarşıdurmadan qaçmağa çalışıb.

“İnanıram ki, qeyri-qanuni işğala məruz qalmış ölkənin müdafiəsi və yenidən qurulmasına dəstək vermək üçün həm beynəlxalq, həm də daxili hüquqla heç bir məhdudiyyət olmayacaq. Bununla belə, müharibədə iştirak edən tərəflərlə münasibətləri və döyüş meydanında baş verən prosesləri nəzərə alaraq, biz ən uyğun tədbirləri görəcəyik”, – deyə prezident bildirib.

Bu açıqlama Cənubi Koreya prezidentinin ABŞ-a səfərindən bir qədər əvvəl verilib. Gələn həftə prezident Yoon Suk-Yeol Vaşinqtona səfər edəcək və ABŞ prezidenti Co Baydenlə görüşəcək.

Sonrakı yazı
Çempionlar Liqası: Bu gün son yarımfinalçılar məlum olacaq
Öncəki yazı
Yazda mütləq albalı yeyin – Sağlamlığa faydaları