This is a specific ad

Çxaidze: Mixail Saakaşvili üçüncü həkimdən də imtina edib

83

Another advertisement

“Vivamed”in klinik direktoru Zurab Çxaidze bildirir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili üçüncü həkimdən də imtina edib.

Zurab Çxaidzenin qeyd etdiyi kimi, həkimlərin Mixail Saakaşvili ilə işləməsi günü-gündən çətinləşir, çünki həkimlər hər gün onunla ağır psixoloji təzyiq altında işləməli olurlar.

“Hər hansı bir həkimin Saakaşvili üçün səhhətinin vəziyyəti ilə bağlı obyektiv açıqlama verməsi kifayətdir ki, o, tez öz narazılığını bildirir və həkimlə münasibətə son qoyur. Bu, artıq üçüncü həkimdir ki, xəstə ondan imtina edir”, – Zurab Çxaidze bildirib.

Onun sözlərinə görə, bu günlərdə xəstənin səhhətinin vəziyyətində, kliniki gedişatı baxımından heç nə dəyişməyib.

“Qida qəbuluna gəlincə, böyük problem olaraq qalır. Yenə bizim tövsiyəmiz xəstə tərəfindən nəzərə alınmır və müvafiq olaraq qida rasionunu kobud şəkildə pozulur.” – Çxaidze bildirib.

Sonrakı yazı
Rusiyanın işğal etdiyi Sevastopolda neft anbarında yanğın baş verib
Öncəki yazı
Zelenski: Stoltenberqdən asılı olsaydı hər şey, Ukrayna artıq NATO-da olardı