Yeni bir işə başlayarkən və ya xaricdə təhsil almaq üçün qeydiyyat forumunu doldurarkən mütləq sizdən CV tələb etmişdirlər. Məhz bu gün karyera və təhsil həyatımızda önəmli detallardan biri olan CV haqqında sizə məlumat verəcəyik. CV nədir? CV hansı məqsədlə yazılır? CV -ni hazırlayarkən nəyə diqqət etmək lazımdır? – Əgər bu suallar sizə maraqlandırırsa, bu məqaləni mütləq oxuyun!
CV nədir?
CV qısaca olaraq sizin tərcümeyi-halınızdır. Yəni CV vasitəsilə siz özünüzü professional şəkildə ilk baxış üzrə təqdim edə bilərsiniz. Deyək ki, hər hansı bir şirkət vakansiya elan edib və siz bu vakansiyaya müraciət etmək istəyirsiniz. Bu zaman həmin şirkətin insan resursları mütəxəssisinə özünüzü təqdim etmək üçün CV forması göndərməli olacaqsınız. Bu ona sizin vakansiyaya uyğun olub olmadığınızı çatdıracaq və ilkin baxışdan sonra sizin barənizdə onda bir fikir formalaşacaq. CV yazılma məqsədləri müxtəlif ola bilər, buna təhsil, iş, təcrübə proqramları, konfrans və s. bir çox səbəblər saymaq olar. Ünvanlanma obyektinə görə CV`lər fərqli ola bilər. Amma bir çox hallarda ümumi hazırlanmış CV`ni istədiyiniz məqsəd üçün istifadə edə bilərsiniz.
CV hazırlayarkən aşağıdakı məlumatlara xüsusi diqqət yetirilməlidir:
- Ad, soyad, doğum tarixi, doğum yeri, ünvan, telefon nömrəsi, elektron poçt ünvanı – Bu məlumatların tam dəqiq və düzgün olmasına əmin olun. Çünki işə götürənin ilk baxdığı məlumatlar bunlar olur və burada yanlış hər bir məlumat sizin haqqınızda artıq mənfi rəyin formalaşmasına səbəb olur.
- Təhsil – Burada sizin sahib olduğunuz təhsil dərəcələriniz qeyd olunur. Şəxsi fikrimcə, burada bitirdiyiniz və ya hal-hazırda təhsil aldığınız universitet haqqında məlumatın olması daha vacibdir. Çünki insan resursları mütəxəssisləri və ya CV`nin ünvanlandığı şəxsləri məktəb təhsilindən çox ali təhsil maraqlandırır.
- İş təcrübəsi – Əgər varsa, iş təcrübələrinizi mütləq qeyd edin. Bu mütəxəssis insanın sizin barədə ümumi fikir formalaşmasına böyük ölçüdə təsir edir. Bununla o, sizin ona nə vəd etdiyinizi ilkin formada anlaya bilər. İş təcrübənizi qeyd edərkən, burada hansı vəzifənin sahibi olduğunuzu və gördüyünüz işləri qısa formada yazmaq olar. Məsələn, deyək ki, siz ABC firmasında “Layihə rəhbəri” vəzifəsində çalışmışınız. Bu zaman bir aşağı sətirdən bu vəzifədə gördüyünüz işlərdən ümumi yaza bilərsiniz, məsələn, “layihənin ümumi gedişatına nəzarət, büdcəyə nəzarət və tətbiqi, layihənin perspektivlərinin analizi” və s. Bu qeyd etdiyimi sadə bir nümunə idi. Bunu nə qədər professional yazmağınız sizdən asılıdır.
- Xüsusiyyətləriniz – Burada namizədin nə qədər “təchizatlı” olduğu önə çıxır. Burada siz xarici dil bilgiləriniz, kurs və ya seminarlar, nailiyyətləriniz, texnoloji bilikləriniz və əlavə nə ağlınıza gəlirsə istifadə edə bilərsiniz. Bu hissə sizinlə tərcümeyi-hala baxan arasında tam ümumi bir fikir formalaşmasına səbəb olur. Namizədin öz üzərində nə qədər işlədiyi, nələrə sahib olduğu və bunlardan potensial vakansiya üçün necə istifadə edəcəyi fikri yaranır.
- Sosial aktivliklər – Burada boş zamanınızı necə dəyərləndirdiyinizi qeyd edə bilərsiniz. Qeyd edim ki, məqsədinə görə bu hissəni əlavə etmək könüllüdür. Çünki bu hissədə yazacaqlarınız daha çox komanda şəraitində necə işləyə biləcəyiniz barədə kiçik fikir formalaşdırır. Məsələn, foto çəkmək, həvəskar aktyorluq və s.
İstinad: Technote