Another advertisement
Gürcüstan cüdoçusu Tato Qriqalaşvili Olimpiadanın yarımfinalındadır.
QafqazTürk Media xəbər verir ki, Qriqalaşvili 1/4 finalda tacik Somon Mahmadbekovu əlavə vaxtda vazarla məğlub edib.
Tato Qriqalaşvili ilk mərhələdə moldovalı Mixail Latisevi məğlub edib. Moldovalı idmançı əlavə vaxtda qadağan olunmuş fənd yerinə yetirib və buna görə hakimlər onu turnirdən kənarlaşdırıblar. 1/8 finalda Tato Qriqalaşvili döyüş meydanında Avstriya adı ilə iştirak edən Vahid Borçaşvilini vazarla məğlub edib.
Məlumat üçün bildirək ki, 33-cü Yay Olimpiya Oyunlarında 10 idman növü (batutla tullanma, yunan-Roma güləşi, sərbəst güləş, boks, yüngül atletika, güllə atma, qılıncoynatma, üzgüçülük, ağır atletika, cüdo) üzrə Gürcüstandan 28 idmançı mübarizə aparır.