This is a specific ad

Cuanşer Burçuladze Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib – ƏTRAFLI

9

Another advertisement

Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze Brüsseldə səfərdədir.

QafqazTürk xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.

Məlumatda qeyd edilir ki, Cuanşer Burçuladze NATO-nun müdafiə ministerialı toplantısı çərçivəsində Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edib. Rəsmi görüşü ABŞ müdafiə katibi açıb.

İclas zamanı ABŞ-ın 28-ci Müdafiə Naziri Lloyd Ostin Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış vəziyyətdən, Ukraynanın müdafiə və təlim ehtiyaclarından danışın. Həmçinin Ukrayna Təhlükəsizliyinə Yardım Qrupunun üzvləri olan müdafiə nazirləri və müdafiə qüvvələrinin komandirləri Ukraynaya koordinasiyalı hərbi yardımın zəruriliyini müzakirə ediblər.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə yaradılan Ukrayna Təhlükəsizliyinə Yardıç Qrupunun 2021-ci ilin aprelində təsis edildi və Ukraynanı dəstəkləyən 50-dən çox ölkəni birləşdirir.

Sonrakı yazı
ჯუანშერ ბურჭულაძემ უკრაინის თავდაცვის საკონტაქტო ჯგუფის შეხვედრაში მიიღო მონაწილეობა
Öncəki yazı
15 İyun – Azərbaycanın Milli Qurtuluş günüdür