This is a specific ad

Cuanşer Burçuladze: “Əsgərlərə keyfiyyətsiz ərzaq verilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yalandır”

20

Another advertisement

Əsgərlərə keyfiyyətsiz ərzaq verilməsi ilə bağlı yayılan məlumatlar tamamilə yalandır və ordunu gözdən salmaq cəhdidir

QafqazTürk.com xəbər verir ki, bu barədə Müdafiə Naziri Cuanşer Burçuladze bildirib.

Onun sözlərinə görə, keyfiyyətə nəzarətlə məşğul olan 4 müxtəlif bölmə yaradılıb.

“Müdafiə Qüvvələrinə, Müdafiə Nazirliyinə qarşı dərc olunan hesabatla bağlı açıqlama vermək və bunun nə üçün gizli və ya açıq şəkildə ordunu gözdən salmağa xidmət etdiyini açıqlamaq istəyirəm. Əsgərlərə keyfiyyətsiz ərzaq verilməsi ilə bağlı məlumatlar reallıqdan tamamilə kənardır və ordunu gözdən salmaq cəhdidir. Təsəvvür edə bilərsiniz ki, biz 4 fərqli keyfiyyətə nəzarət mexanizmi yaratmışıq ki, ordumuza ən yaxşı məhsul verilsin. Biz ərzaq məhsulunun keyfiyyətini də kökündən və əsaslı surətdə yaxşılaşdırmışıq ki, bunu qətiyyətlə və tam məsuliyyətlə bəyan edirəm ki, ordumuzda heç vaxt belə keyfiyyətli məhsul olmayıb”- deyə Müdafiə naziri bildirib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Türkiyənin daha 130 vətəndaşı Qəzza zolağından Misirə keçib
Öncəki yazı
Türkiyədə zəlzələ: İstanbulda binaya, Bursada isə evə zərər dəyib