CSIS: Çin Antarktidadakı stansiyasını genişləndirir, cəsusluq edə bilərlər

20

Çinin Antarktidada öz stansiyasının tikintisini bərpa etməsi Qərb dövlətlərinin narahatlığına səbəb olub.

ABŞ-da yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) dərc etdiyi hesabatda sözügedən tikinti işlərinin Ross dənizindəki “Inexpressible” adasında aparıldığı bildirilib.

Hesabatda, yanvar ayında çəkilmiş peyk görüntülərinin tədqiqində Çinin 2018-ci ildə yarımçıq qalan tikinti işlərini davam etdirdiyi və bazanı genişləndirdiyi iddia edilib.

Müvafiq olaraq, təxminən 53 min 820 kvadratmetr sahədə qurulan stansiyanın təməli genişləndirilərkən, bu yerin yaxınlığında helikopter meydançası və digər obyektlər tikilib. Tikinti işlərinin 2024-cü ildə başa çatdırıla biləcəyi də bildirilib.

Digər tərəfdən, CSIS, Çin Xalq Azadlıq Ordusunun tədqiqat bazasının casusluq fəaliyyətləri üçün istifadə edilə biləcəyini iddia edərək, araşdırmasına aşağıdakı ifadələri daxil etdi:

Stansiya, Çinin Antarktidada elmi fəaliyyətlər həyata keçirən müşahidə peyklərinin izlənilməsi və əlaqəsini təmin edərkən, buradakı avadanlıq digər ölkələrin peyk rabitəsini dinləmək üçün də istifadə edilə bilər.

CSIS həmçinin qeyd edib ki, Çin stansiyası ABŞ-a məxsus olan və Antarktidanın ən böyük tədqiqat obyekti olan McMurdo stansiyasından 320 kilometr aralıda yerləşir.

Pekin administrasiyası isə bu iddiaları təkzib edərək, stansiyaların yalnız elmi tədqiqat məqsədləri üçün istifadə ediləcəyini və heç bir casusluq fəaliyyətinin həyata keçirilmədiyini bildirib.

1959-cu ildə imzalanan və Çinin də iştirak etdiyi Antarktika Müqaviləsinə əsasən, Antarktidada hərbi qulluqçuların yalnız elmi araşdırmalar aparmağa icazə verilir. Bölgədə hərbi bazanın yaradılması və silahların sınaqdan keçirilməsi qadağandır.

İstinadlar: Reuters, Guardian

0
0
Sonrakı yazı
2022-ci ildə parlamentin plenar iclasında 18 millət vəkili çıxış etmək hüququndan istifadə etməyib – TI
Öncəki yazı
Jozwiak: Gürcüstana namizəd statusunun verilməsi üçün əlavə tövsiyələr verilə bilər