This is a specific ad

Cozviak: İlkin ehtimala görə Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək

75

Another advertisement

“İlkin ehtimala görə, Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək”.

QafqazTürk xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Avropa Bürosunun redaktoru Rikard Cozviak sosial şəbəkə hesabında yazıb.

Ukrayna-Moldovaya gəldikdə isə Cozviak, Avropa Komissiyası Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlara başlamağını tövsiyə edəcək.

“Avropa Komissiyası may ayında Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük statusu ilə əlaqədar yeniləməni dərc edəcək. Genişlənmə ilə əlaqədar yekun hesabat oktyabrda gözlənilir lakin ilkin fərziyyə belədir: Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini, Ukrayna və Moldovaya isə Avropa Birliyi ilə üzvlük danışıqlarına başlamasını tövsiyə edəcək”, – deyə Cozviak yazıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanın Mülki Aviasiya Agentliyinə yeni rəhbər təyin edilib
Öncəki yazı
Ərdoğan: “Qardaşım İlham Əliyev Türkiyənin qüruru “Togg”u təhvil alıb, xeyirli olsun”