• 08 Dekabr 2023 14:11

Cozviak: İlkin ehtimala görə Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək

Avatar photo

ByHacı Xəlilzadə

Apr 4, 2023

“İlkin ehtimala görə, Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək”.

QafqazTürk xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Avropa Bürosunun redaktoru Rikard Cozviak sosial şəbəkə hesabında yazıb.

Ukrayna-Moldovaya gəldikdə isə Cozviak, Avropa Komissiyası Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlara başlamağını tövsiyə edəcək.

“Avropa Komissiyası may ayında Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük statusu ilə əlaqədar yeniləməni dərc edəcək. Genişlənmə ilə əlaqədar yekun hesabat oktyabrda gözlənilir lakin ilkin fərziyyə belədir: Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini, Ukrayna və Moldovaya isə Avropa Birliyi ilə üzvlük danışıqlarına başlamasını tövsiyə edəcək”, – deyə Cozviak yazıb.

3390cookie-checkCozviak: İlkin ehtimala görə Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək

Bir cavab yazın