“İlkin ehtimala görə, Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək”.
QafqazTürk xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Avropa Bürosunun redaktoru Rikard Cozviak sosial şəbəkə hesabında yazıb.
Ukrayna-Moldovaya gəldikdə isə Cozviak, Avropa Komissiyası Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlara başlamağını tövsiyə edəcək.
“Avropa Komissiyası may ayında Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük statusu ilə əlaqədar yeniləməni dərc edəcək. Genişlənmə ilə əlaqədar yekun hesabat oktyabrda gözlənilir lakin ilkin fərziyyə belədir: Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini, Ukrayna və Moldovaya isə Avropa Birliyi ilə üzvlük danışıqlarına başlamasını tövsiyə edəcək”, – deyə Cozviak yazıb.