This is a specific ad

Cozef Borrell hər iki tərəfi Kosovodakı gərginliyi azaltmağa çağırıb – ƏTRAFLI

47

Another advertisement

Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell hər iki tərəfi Kosovodakı gərginliyi azaltmağa çağırıb.

QafqazTürk xəbər verir ki, bu barədə xarici mətbuat“Reuters” yazır.

“Kosovo hakimiyyətinin polisin Kosovonun şimalındakı bələdiyyə binalarına yönəlmiş əməliyyatını dayandırmasını gözləyirik. Biz iki liderlə danışıqları davam etdirəcəyik” – deyə Borrell qeyd edib.

Aİ-nin ali nümayəndəsi qətiyyətlə hər iki tərəfi gərginliyi azaltmaq və sakitliyi bərpa etmək üçün tədbirlər görməyə çağırıb.

“Zorakılıq kifayətdir. Avropada artıq həddindən artıq zorakılıq görürük. Başqa bir münaqişəyə dözə bilmərik. Ümid edirəm ki, mənim səsim eşidiləcək və insanlar bu xahişə uyğun hərəkət edəcəklər” -deyə Borrell açıqlayıb.

Xatırladaq ki, ötən gün Kosovonun şimalında serblərlə toqquşmalarda azı 75 nəfər xəsarət alıb. Şimali Mitrovitsa Xəstəxanasının baş həkimi Zlatan Elek qarşıdurmalarda 50 nəfərin yaralandığını bildirib. NATO-nun beynəlxalq missiyasının komandiri Ancelo Mişel Ristuçça macar və italyan əsgərlərin hücumların hədəfinə çevrildiyini, 25-ə yaxın əsgərin xəsarət aldığını bildirib.

Kosovonun şimalındakı bələdiyyələrdə serblərlə polis arasında gərginlik mayın 26-dan davam edir.

Sonrakı yazı
Kiyev Moskvaya PUA-la hücumda iştirakı inkar edir – DETALLAR
Öncəki yazı
Ğaribaşvili: “2008-ci ildə hökumətimiz olsaydı, müharibənin qarşısını almaq üçün hər şeyi edərdik”