This is a specific ad

Cozef Borel – Xarici İşlər Nazirləri Şurasının iclasında biz Gürcüstan haqqında danışacağıq, onun perspektivini və təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik

28

Another advertisement

“Aİ-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında biz Gürcüstan haqqında danışacağıq, onun perspektivini və təhlükəsizlik vəziyyətini müzakirə edəcəyik”, – deyə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələlərində ali nümayəndəsi Cozef Borel görüş başlamazdan əvvəl bildirib.

Borelinin sözlərinə görə, bu gün Gürcüstan məsələsinin müzakirəsi üçün mühüm gündür.

“Gürcüstan bizim üçün çox vacib ölkədir. Yadda saxlamaq lazımdır ki, ərazisi qismən Rusiya tərəfindən işğal olunduğu üçün onun konkret təhlükəsizlik problemləri var. Beləliklə, Gürcüstan məsələsinin müzakirəsi üçün bu gün vacib gündür”, – Cozef Borel bildirib.

Sonrakı yazı
Bu gün İlya Darçiaşvili Avropa İttifaqı Xarici İşlər Şurasının sessiyası çərçivəsində keçirilən iclasda iştirak edir
Öncəki yazı
Gürcüstan və Azərbaycan hökumətləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb