• 23 Fevral 2025 09:01

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Çovğun, yağış, qar – Gürcüstanda hava kəskin şəkildə dəyişir

ByTürkan Şahverdova

Fev 3, 2025
Another advertisement

Milli Ekologiya Agentliyinin məlumatına görə, yaxın günlərdə Gürcüstanda havanın fasilələrlə yağıntılı olacağı və küləkli olacağı gözlənilir.

Fevralın 4-də Tbilisidə hava şəraiti yağmursuz keçəcək, şimal-qərb küləyi gündüzdən güclənəcək. Fevralın 5-6-da az yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.

Sahil rayonlarında (Batumi, Kobuleti, Anakliya, Poti): Havanın buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) buludlu və yağışlı hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +6, +8 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Çaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qar yağacağı gözlənilir. Bəzi yerlərdə çovğun, duman ola bilər. Havanın temperaturu gündüz -1, +1 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): Bəzi yerlərdə yağıntılı olacağı, küləyin olacağı gözlənilir. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Bəzi yerlərdə yağıntının olacağı, küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Calka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qar yağacağı, çovğun olacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz 0,2 dərəcə isti təşkil edəcək.