This is a specific ad

Çörəkçilər Birliyi: “Çörəyin qiyməti 10 tetri ucuzlaşıb”

70

Another advertisement

Çörəkçilər Birliyi çörəyin qiymətinin ucuzlaşdığını iddia edib.

QafqazTürk.com xəbər verir ki, iddiaya görə bu gündən istehlakçı ticarət mərkəzlərində ümumistehlak çörəyini on tetri ucuz alacaq.

İstehsalçıların sözlərinə görə, buna səbəb bazarda unun ucuzlaşmasıdır. Ötən ildən bir kisə un təxminən 15 lari ucuzlaşıb. Bu gün bir kisə unun qiyməti 52-55 lari arasındadır.

Qeyd edək ki, hazırda istehsalçılar Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparır. Onların fikrincə, danışıqlar uğurla başa çatsa, çörəyin qiyməti daha da ucuzlaşacaq.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
“WhatsApp”dan qısqanc insanlar üçün “hədiyyə” – FOTO
Öncəki yazı
Dünya bazarında neftin qiyməti artıb