Another advertisement
Çörəkçilər Birliyi çörəyin qiymətinin ucuzlaşdığını iddia edib.
QafqazTürk.com xəbər verir ki, iddiaya görə bu gündən istehlakçı ticarət mərkəzlərində ümumistehlak çörəyini on tetri ucuz alacaq.
İstehsalçıların sözlərinə görə, buna səbəb bazarda unun ucuzlaşmasıdır. Ötən ildən bir kisə un təxminən 15 lari ucuzlaşıb. Bu gün bir kisə unun qiyməti 52-55 lari arasındadır.
Qeyd edək ki, hazırda istehsalçılar Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparır. Onların fikrincə, danışıqlar uğurla başa çatsa, çörəyin qiyməti daha da ucuzlaşacaq.