Another advertisement
ABŞ prezidenti Co Bayden oktyabrın 18-i cümə günü Almaniyaya səfər edəcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə “Reuters” Almaniya hökumətindəki mənbələrə əsaslanaraq yazır.
Mənbələrin bildirdiyinə görə, Baydenin səfəri rəsmi dövlət səfəri görkəmində olmayacaq və birgə işlərdə iştirakla məhdudlaşacaq.
“Spiegel” isə yazır ki, Bayden Almaniya kansleri və prezidenti ilə rəsmi görüşlər planlaşdırıb.
Məlum olduğu kimi, Co Baydenin Almaniyaya səfəri “Milton” qasırğası səbəbindən təxirə salınıb.