Another advertisement
ABŞ prezidenti Co Bayden Latın Amerikasına altı günlük səfəri çərçivəsində Peruya gəlib.
QafqazTürk Media xəbər verir ki, Co Bayden digər dünya liderləri ilə birlikdə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitində iştirak edəcək.
Co Bayden səfəri çərçivəsində noyabrın 18-19-da Braziliyada keçiriləcək “Böyük İyirmilik ” sammitində də iştirak edəcək.
Ağ Ev rəsmiləri israrla qeyd edirlər ki, Baydenin səfəri əhəmiyyətli olacaq və o, iqlim, qlobal infrastruktur, narkotiklərlə mübarizə səyləri və digər mühüm məsələlərlə bağlı danışıqlar aparacaq.
Bundan əlavə, ABŞ prezidenti dünya liderləri, o cümlədən Çin sədri Si Cinpin, Cənubi Koreya prezidenti Yun Suk-yeol və Yaponiyanın baş naziri Şiqeru İşiba ilə təkbətək görüşlər keçirəcək.