This is a specific ad

Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb

93

Another advertisement

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən açıqlayıb.

Co Bayden videomüraciət yayıb və burada seçkiqabağı rəqabəti respublikaçı ekstremizmə qarşı mübarizə kimi təsvir edib.

“Dörd il əvvəl mən seçkiqabağı kampaniyaya başlayanda demişdim ki, biz Amerikanın ruhu uğrunda mübarizədəyik və indidə bu məqsədlə mübarizəyə davam edirik. İndi qarşılaşdığımız sual ondan ibarətdir ki, bundan illər sonra daha çox hüquqlarımız və azadlığımız olacaq yoxsa daha azmı? Mən cavabın nə olmasını istədiyimi bilirəm və düşünürəm ki, siz də bilirsiniz. Ona görə də növbəti prezident seçkilərində iştirak etməyə hazırlaşıram!”, – deyə Bayden bildirib.

Bayden bildirir ki, onun kampaniyasının əsas məqsədləri abort hüququ, demokratiya və seçici hüquqlarının müdafiəsi, həmçinin amerikalılar üçün sosial təminatların qorunması olacaq.

Qeyd edək ki, Co Bayden Demokratlar Partiyasından ABŞ-ın hazırkı prezidentidir. 80 yaşlı Bayden Amerika tarixinin ən yaşlı prezidentidir.

Sonrakı yazı
Tbilisidə mənzil kirayəsi 101%, satış qiyməti isə 39% artıb – TBC Capital
Öncəki yazı
Gürcüstanda ümumilikdə 2028 uşaq bağçası qeydiyyatdan keçib