This is a specific ad

CNN: “Vladimir Putin Ukraynadakı müharibəni 2024-cü il ABŞ prezident seçkilərinə qədər uzatmaq niyyətindədir”

45

Another advertisement

“CNN”in məlumatına görə, Vladimir Putin Ukraynadakı müharibəni ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə qədər uzatmaq niyyətindədir.

“Putin ümid edir ki, Donald Tramp və ya respublikaçıların başqa bir namizədi 2024-cü il seçkilərində qalib gələcək və o, artıq Ukraynaya fəal kömək etməyəcək. Nəticədə danışıqlar masası arxasında Rusiyanın mövqeyi möhkəmlənəcək.” – Televiziya şirkətlərinin jurnalistləri ABŞ administrasiyasındakı anonim dörd mənbəyə əsaslanaraq yazırlar.

“Putin bilir ki, Tramp ona kömək edəcək. Ukraynalılar və avropalı tərəfdaşlarımız bunu bilirlər. Düzdür, biz belə bir şeyi aydın görməmişik, amma hamı bu barədə düşünür”, – Ağ Evdən bildiriblər.

“CNN”in kimliyini açıqlamayan avropalı diplomat deyir ki, Putinin planı müharibəni 2024-cü il seçkilərinə qədər uzatmaqdır və Rusiya prezidenti bundan dönməyəcək.

Məlumat üçün bildirək ki, Donald Tramp Respublikaçılar Partiyasından prezidentliyə namizədlər arasında favorit olaraq qalır. O, dəfələrlə bəyan edib ki, seçkilərdə qalib gəlsə, danışıqlar yolu ilə Ukraynada müharibəyə son qoyacaq.

Sonrakı yazı
Şovidə təbii fəlakət nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB
Öncəki yazı
Rəsmi İslamabad: “Taliban” Pakistanın təhlükəsizliyini təhdid edir”