Another advertisement
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dondurulması barədə göstəriş verib.
“Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz fasilə verəcəyik və yardımımızı nəzərdən keçirəcəyik ki, onun həllə töhfə verməsini təmin edək”, – Ağ Ev rəsmisi bildirib.
O, hərbi yardımda fasilənin Zelenskinin keçən həftə Ağ Evdəki davranışına birbaşa cavab olduğunu iddia edir. Rəsmilər bildiriblər ki, əgər Zelenski Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara sadiqlik nümayiş etdirərsə, dayandırma aradan qaldırıla bilər.